Mərkəzi Bank 250 mln. manatlıq not yerləşdirib

AZADİNFORM. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100367S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Azadinform BFB-yə istinadən xəbər verir ki, hərraca 13 investor qiyməti 98,8627 manat (14,79%) – 98,93 manat (13,91%) olan 15 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 290 961 700 manat olub. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8848 (14,5%), orta ölçülmüş qiyməti 98,8895 manat (14,44%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 250 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 14 fevral 2018-ci ildir. 

17.01.2018 19:45 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo