Yalnızlıq Nazirliyi yaradılıb

Arzu Ağayeva/AZADİNFORM. "İngiltərədəki insanların əksəriyyəti üçün yalnızlıq müasir həyatın acınacaqlı reallığıdır". 

Azadinform xəbər verir ki, belə bir bəyanatla çıxış edən krallığın baş naziri Tereza Mey, hökumətdə Yalnızlıq Nazirliyin yaradılmasına haqq qazandırıb. Bu vəzifəyə isə İdman və Vətəndaş Cəmiyyəti nazirinin müavini Treysi Krauç təyin edilib. Baş nazir açıqlamasında bildirib ki, Britaniya cəmiyyəti və bütün britaniyalılar üçün yalnızlıqla mübarizə aparmaq niyyətindədir. T. Meyin sözlərinə görə, hər şeydən öncə yaxınlarını itirmiş yaşlı insanların bunu aşması üçün kömək etmək lazımdır. Yəni “hansıki heç kimlə danışa bilmir, düşüncə və təcrübələrini heç kimlə bölüşə bilmir”.

17.01.2018 18:52 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo