2018-ci ildə 40-a yaxın müəssisə açılacaq

Samir Soltanov/AZADİNFORM. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635,6 milyon manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, verilmiş kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 
Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə müasir istehsal, emal və infrastruktur sahələrinin yaradılması üzrə 48 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,4 milyon manat güzəştli kredit verilib. 
Qeyd edək ki, son illər SKMF tərəfindən maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə 40-a yaxın bu cür müəssisənin açılması gözlənilir. 
Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə davam etdiriləcək. Bu məqsəd üçün qaytarılan vəsaitlər hesabına 170 milyon manat kredit resursu təmin olunacaq.

17.01.2018 18:18 / Baxılıb: 152 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo