İnformasiya və rabitə xidmətlərinin dəyəri artıb

Eşqin Nuruşov/AZADİNFORM. 2017-ci ildə informasiya və rabitə müəssisələri 1724,6 milyon manatlıq xidmət göstərib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,6 faizi və ya 856,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

17.01.2018 18:27 / Baxılıb: 127 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo