Ərdoğan Papadan Ermənistanla münasibətlərin nizama salınmasına yardım etməsini istəyəcək

Leyla Məhərrəmova / AZADİNFORM. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Papa Fransislə görüşündən Ermənistanla münasibətləri nizama salmaq üçün istifadə edə bilər.

Azadinform xəbər verir ki, bunu REGNUM agentliyinin analitiki Stanislav Stramedlovski bildirib. Analitik Papanı Türkiyə-Ermənistan münasibətlərinin nizama salınmasında vasitəçilik edə biləcək “uyğun namizəd” adlandırıb.

Stramedlovski bunu Vatikanın Dağlıq Qarabağ məsələsindəki neytral mövqeyi ilə əlaqələndirib.

Qeyd edək ki, Ərdoğan fevralın 5-də Vatikana səfər edəcək. 

17.01.2018 17:37 / Baxılıb: 225 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo