Türkiyə Suriya ilə sərhəddə tankları yerləşdirdi

Samir Soltanov/AZADİNFORM. Türkiyə Afrin əməliyyatı üçün Suriya ilə sərhəddə tankların yerləşdirilməsini davam etdirir. 

Azadinform xəbər verir ki, sərhəd nöqtəsinə cəlb edilən tanklar və hərbi texnikalar Afrin əməliyyatı üçün hazır vəziyyətə gətirilib. Bildirilir ki, hərbçilər əməliyyat öncəsi tankları və digər texnikaları testdən keçiriblər. 
Qeyd edək ki, Türkiyə sərhəd zonasının təhlükəsizliyini təmin etmək və bölgəni terrorçulardan təmizləmək məqsədi ilə keçirilməsi planlaşdırılan Afrin əməliyyatı çərçivəsində Hatayın sərhəd qəsəbələrində hərbi texnikanın yerləşdirilməsini davam etdirəcək.

17.01.2018 17:40 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo