ABŞ hərbi qüvvələri Şimali Koreyaya qarşı hazırlıqlar görür

Arzu Ağayeva/AZADİNFORM. ABŞ hərbi birlikləri Şimali Koreyaya qarşı döyüş fəaliyyətlərinə aktiv olaraq hazırlaşır. 

Azadinform xəbər verir ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin sədri Mek Tornber bu barədə jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, hazırda ciddi hazırlıqlar aparılır.

“Administrasiya çox ciddi şəkildə hərbi qüvvələrin hansı tədbirlərə cəlb edilə biləcəyi imkanlarını müzakirə edir, hansı ki, zamanı gəldikdə Şimali Koreyaya qarşı qəbul ediləcək” - deyə Konqres nümayəndəsi bildirib.

Mövzu ilə bağlı Pentaqon rəhbəri də fikir bildirib: “Biz istəyirik ki, diplomatlar bilsin ki, onların arxasında bizim silahlarımızın gücü dayanıb”.

Daha əvvəl isə KXDR bildirib ki, yarımadada müharibə qaçılmazdır.

17.01.2018 17:35 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo