Ölkədə 38,5 min nəfər işsizdir Rəsmi

Samir Soltanov/AZADİNFORM. Bu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5073,8 min nəfər olub, onlardan 4822,1 min nəfərini məşğul əhali təşkil edib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, 2017-ci il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1521,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,1 min nəfər, qeyri-dövlət sektorunda isə 640,1 min nəfər təşkil edib. 

İqtisadiyyatın neft sektorunda 34,0 min nəfər, qeyri-neft sektorunda isə 1487,2 min nəfər çalışıb. 
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,6%-i tikintidə, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. 
Xidmət sahəsində işləyənlərin 21,8%-i təhsil, 19,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i istirahət, əyləncə və incəsənət, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i informasiya və rabitə, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar. 
2017-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 153,2 saat təşkil edib. 
2018-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,5 min nəfər olub, onların 36,3%-ni qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 291,2 manat olub.

17.01.2018 16:52 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
    15.08.2018
    Neft ucuzlaşır
     Xəbər lenti
    16.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo