Keşiş pedofiliyada günahlandırılıb

Arzu Ağayeva/AZADİNFORM. Rusiyada Rus Pravoslav Kilsəsinin keşişi Qleb Qrozovski pedofiliyada günahlandırılıb. 

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, keşiş 14 illik həbsə məhkum edilib. 

Aparılan istintaq nəticəsində təsdiq edilib ki, Qrozovski Yunanıstandakı pravoslav düşərgəsində 3 qız uşağını istismar edib.

Bildirilib ki, prokuror keşişin həbs müddətinin 15 ilə qaldırılmasını istəyib.

Qeyd olunub ki, Qrozovski üçün 2013-cü ilin oktyabr ayında beynəlxalq axtarış elan olunulub və 2014-cü ilin sentyabr ayında İsraildə həbs edilib.

17.01.2018 15:58 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo