Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb

Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Azadinform Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriya müxalifətinin müzakirələrdəki təmsilçisi Nair Hariri bildirib.

O, ABŞ-ın Suriyada terrorçu PKK qruplaşması üzvlərindən ibarət “sərhəd təhlükəsizlik qüvvəsi” yaratmasına münasibət bildirib: “ABŞ-ın terrorçu YPG və PYD-nin yaratdığı "Suriya Demokratik Gücləri"ndən ibarət 30 minlik qoşun yaratması Suriyanın dövlət olaraq bölünməsinə yol açacaq”.

16.01.2018 22:56 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo