Arkadi Naydiç şahmat festivalının qalibi olub

Azərbaycan qrossmeysteri Arkadi Naydiç Nyu-Dehlidə keçirilən ənənəvi şahmat festivalının “A” kateqoriyalı turnirində 10 mümkün xaldan 8,5 xal toplayaraq qalib gəlib.

Azadinform xəbər verir ki, Nubairşah Mohammad (Hindistan), Adam Xorvat (Macarıstan) və Ziaur Rahman (Banqladeş) ondan yarım xal, on şahmatçı bir xal geri qalıb. Z.Rahman və N.Mohammad əlavə göstəricilərə görə müvafiq olaraq gümüş və bürünc medallara sahib olublar.

Şahmat festivalında 24 ölkədən 233 şahmatçı, o cümlədən 29 qrossmeyster iştirak edib. İsveçrə sistemi üzrə keçirilən turnir 10 turdan ibarət olub.

16.01.2018 22:43 / Baxılıb: 158 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo