Yeni qaydalar Gürcüstan vətəndaşları üçün müvəqqəti dayandırılıb

Türkiyə sərhədini keçməklə bağlı cari ilin yanvarın 1-dən tətbiq olunmağa başlanan qaydalar Gürcüstan vətəndaşlarına qarşı müvəqqəti olaraq dayandırılıb.

Məlumata əsasən, Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya bu məsələ ilə bağlı türkiyəli həmkarı Süleyman Soylu ilə telefon danışığı aparıb.

Tərəflər qüvvəyə minmiş qaydalarla bağlı məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Məsləhətləşmələr başa çatana qədər yeni qaydalar Gürcüstan vətəndaşlarına qarşı tətbiq olunmayacaq.

Qeyd edək ki, bu gün səhər yeni qaydalara etiraz edən bir qrup Gürcüstan vətəndaşı Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsinin yaxınlığında etiraz aksiyası keçirib. Yanvarın 1-dən qüvvəyə minmiş yeni qaydalara əsasən, Türkiyə sərhədini keçmək və ölkə ərazisində qısa müddətdə qalmaq bir təqvim günü hesab olunacaq. Yeni qaydalar bütün xarici ölkə vətəndaşlarına şamil olunur. (apa)

16.01.2018 22:32 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo