Hakim futbolçunu təpiklə vurub və meydançadan qovub

Fransa çempionatının 20-ci turu çərçivəsində Nantda eyniadlı yerli klub və “Pari Sen-Jermen” arasında keçirilən matçın baş hakimi Toni Şapron meydan sahiblərinin onu yerə yıxan oyunçusu Dieqo Karlosu təpiklə vurub və meydançadan kənarlaşdırıb.

Azadinform xəbər verir ki, qalmaqallı insident görüşün 90-cı dəqiqəsində parislilərin hücumu zamanı baş verib. Topa yiyələnə bilməyən futbolçu hakimə toxunub və onu yaşıl örtüyün üzərinə yıxıb. Bundan hirslənən Şapron özünü braziliyalıya yetirib və oyunçunu ayağı ilə vurub. Bununla da kifayətlənməyən hakim Karlosa ikinci sarı, ardınca qırmızı kart göstərib və parislilərin lehinə cərimə zərbəsi təyin edib.

Paris klubu səfərdə 1:0 hesabı ilə qalib gəlib və “Monako” klubunu 11 xal qabaqlayaraq turnir cədvəlində liderliyini davam etdirir.

16.01.2018 20:43 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo