Messi Herd Müllerin rekordunu təzələyib

Samir Soltanov/AZADİNFORM. Kataloniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Avropa top-liqasında (İspaniya, İngiltərə, Almaniya və Fransa) eyni klubda vurulan qolların sayına görə “Bavariya”nın hücumçusu Herd Müllerin rekordunu təzələyib. 

Azadinform xəbər verir ki, argentinalı İspaniya çempionatının 19-cu turunda “Real Sosyedad”la səfərdə keçirilən matçda (4:2) qol vurub. Beləliklə, onun İspaniya birinciliyində keçirdiyi 401 matçda vurduğu qolların sayı 366 olub. 
1964-cü ildən 1979-cu ilədək “Bavariya”nın idman şərəfini qoruyan Müller isə Almaniya çempionatında keçirdiyi 427 matçda 365 qol vurub. 
Messi “Barselona”da 2004-cü ildən oynayır və bu vaxt ərzində o, 8 dəfə İspaniya çempionu, 5 dəfə İspaniya kubokunun sahibi və 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 
2017-ci il noyabrın 25-də “Barselona” Messi ilə kontraktın 2021-ci ilədək uzadıldığını elan edib və kontraktda futbolçunun sərbəst qalmaq qiyməti 700 milyon avro təyin edilib.

16.01.2018 18:51 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo