Azərbaycanlı səfir etimadnaməsinin surətini Tacikistan XİN rəhbərinə təqdim edib

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın Tacikistana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Siracəddin Aslova təqdim edib. 

Azadinform xəbər verir ki, Siracəddin Aslov Həsən Məmmədzadəni səfir təyin olunması ilə bağlı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan ilə Tacikistan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq məsələlər müzakirə olunub.

16.01.2018 18:25 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo