The Cranberries vokalisti depressiyadan əziyyət çəkib?

Arzu Ağayeva/AZADİNFORM. Dünya şöhrətli müğənni, İrlandiyanın “The Cranberries” rok-qrupunun vokalisti Dolores O'Riordann “dərin depressiyada” olub və bel ağrılarından şikayətlənib. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vokalistin dostları danışıb. 

Bildirilir ki, 46 yaşında dünyasını dəyişən müğənni 2013-cü ildə keçirdiyi depressiyalar səbəbindən intihara təşəbbüs edib. Dolores O'Riordanna həkimlər tərəfindən manik depressiv pozuntu diaqnozu qoyulub. 
Sənətçinin daha əvvəl mətbuata verdiyi açıqlamaya görə, onun problemləri uşaqlıqda baş verən hadisələrlə - 8 yaşında çox yaxşı tanıdığı biri tərəfindən zorakılığa məruz qalmasından sonra başlayıb.  
Qeyd edək ki, D.O'Riordann 1990-cı ildə, daha çox “Zombie” mahnısı ilə tanınan və sevilən “The Cranberries”in tərkibində çıxış edib. O, 2003-cü ildə solo karyeraya başlayıb. Müğənni həmçinin, D.A.R.K. qrupunun da üzvü olub. 
Sənətçi “Zombie” mahnısını yeni tərzdə yayımlanması üzərində çalışıb.

16.01.2018 18:34 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2018
    19.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo