AB-dən Britaniyaya bizim qəlbimiz əvvəlki kimi açıqdır çağırışı

Arzu Ağayeva/AZADİNFORM. Əgər Britaniya hökuməti öz fikrini dəyişməsə,  gələcək ildə “Brexit” bütün mənfi nəticələri ilə birgə reallıq halına gələcək. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk çıxış edib.
Donald Tusk və Avropa Komissiyasının sədri Jan Klod Yunker Böyük Britaniyaya AB-dən çıxmamağı tövsiyə ediblər.
Avropa Parlamentində çıxış edən D.Tusk bildirib ki, əgər britaniyalılar öz fikirlərini dəyişsələr onlar üçün “bizim qəlbimiz əvvəlki kimi açıqdır”.
D.Tuskun çıxışına dəstək verən Yunker sözlərinin britaniyalı rəsmilər tərəfindən eşidiləcəyinə ümid edir.
Londonda “bizim qəlbimiz əvvəlki kimi açıqdır” sözlərindən yan keçilməsini istəməzdik” - deyə Avropa Komissiyasının sədri vurğulayıb.

16.01.2018 18:10 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo