Serbiya Kosova ilə danışıqlara girməyəcək Səbəb?

Arzu Ağayeva/AZADİNFORM. Belqrad nümayəndə heyəti Brüsseldə Kosova və Albaniya rəhbərliyinin iştirakı ilə baş tutması gözlənilən dialoqlarda iştirak etməkdən imtina edib. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, Belqrad nümayəndə heyəti serbiyalı siyasətçi Oliver İvanoviçin öldürülməsi səbəbi ilə geri dönüb. Bildirilib ki, bu gün səhər saatlarında Mitroviça şəhərində Serbiya hökumətinin Kosova və Metoxinin işləri üzrə keçmiş nazir müavini və kosovalı serblərin liderlərindən biri olan Oliver İvanoviç sui-qəsd nəticəsində öldürülüb.

“İvanoviçin öldürülməsi – Kosovanın şimalında xaos yaratmaq və bütün insanları münaqişəyə cəlb etmək kimi pis niyyətli məqsədlər ilə edilmiş cinayətdir. Cinayəti kim törədibsə - istər alban, istərsə də serbiyalı – onlar  cavab verməyə məcburdur”. - deyə Serbiya hökumətinin Kosova və Metoxinin işləri üzrə nazir Marko Juriç bildirib. 
Qeyd edək ki, Belqrad və Priştina arasında baş tutmalı olan növbəti dialoqlar Brüsseldə üç gün müddətində aparılacaqdı.

16.01.2018 17:40 / Baxılıb: 507 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo