Nar abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

Adəm Abbaslı/AZADİNFORM. “Nar” ilə smartfona sahib olmaq indi daha asandır. Belə ki, from.ae internet səhifəsində smartfonlar “Nar” abunəçiləri üçün xüsusi endirimli qiymətlərlə təklif edilir. Hər bir “Nar” istifadəçisi az.fromae.com/az/nar3 keçidinə daxil olaraq öz nömrəsini qeyd etməklə endirim qazanmaq şansını yoxlaya bilər. 

Qeyd edək ki, bu fürsət from.ae internet mağazası ilə loyallıq proqramı çərçivəsində təqdim edilir.  Bu proqramdan yararlanmaqla abunəçilər sərfəli qiymətə smartfonlar əldə edərək “Nar”-ın 3G və 4G yüksəksürətli mobil internet xidmətlərindən yararlana biləcəklər. Məsələn, “Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.  

“Nar” internet paketləri və təqdim edilən fürsətlər barədə ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən (nar.az) və ya sosial şəbəkələrdəki “Nar” səhifələrindən əldə etmək olar. 

16.01.2018 17:30 / Baxılıb: 528 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo