Axşam saatlarından etibarən pensiyalar veriləcək

"Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər". 

Azadinform Trend-ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edib. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq.

E. Babayev qeyd edib: “Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa şatdırılacaqdır”.

16.01.2018 16:40 / Baxılıb: 439 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo