Yeni Pele daha dünyaya gəlməyəcək

Samir Soltanov/AZADİNFORM. Dünya futbolunun canlı əfsanəsi Pele son dövrlər ulduz futbolçuların azlığından şikayətlənib. 

Azadinform xəbər verir ki, Pele qeyd edib ki, əvvəllər belə oyunçular daha çox idi: “Əvvəllər Eysebio, Kroyf, Bekkenbauer, Bobbi Mur, mən, Zika və Sokrates kimi futbolçular var idi. Hər komandadan üç və ya dörd ulduz olardı. Bu gün isə ancaq 3 futbolçudan danışa bilirik. Messi, Ronaldo və Neymar. İndi sizə 5 futbolçu sayın desəm, çətinlik çəkərsiniz. Bu dünya futbolunun gələcəyi baxımından böyük problemdir”. 

Braziliyalı əfsanə onun yerini doldura biləcək birini görmədiyini də vurğulayıb: “Bütün uğurlarımı, vurduğum qolları, oynadığım müddəti, qazandığım dünya kuboklarını sadalaya bilərəm. Bu, bir gerçəkdir ki, yeni Pele daha dünyaya gəlməyəcək".

16.01.2018 16:14 / Baxılıb: 447 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo