35 ildən sonra ilk dəfə kinoteatrlarda film izlənilib – Səudiyyə Ərəbistanında

Arzu Ağayeva/AZADİNFORM. Krallıqda uzun illərdən sonra ilk dəfə kinoteatrlara lisenziya verilib. Amma hələki, tamaşaçılar üçün müvəqqəti yerlər təchiz olunub. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı xalqı 35 ildən sonra ilk dəfə geniş ekranda film izləyib. 

Bildirilir ki, krallıq əhalisi kinoteatrlarda 2017-ci ilə aid olan ABŞ istehsalı “The Emoji Movie” animasiya filmini izləyə biliblər, hətta popkorn da alıblar. 
Xatırladaq ki, 1980-ci illərin əvvəllərində Səudiyyə Ərəbistanda kinoteatrlara qadağa qoyulub. Bu səbəbdən, krallıq sakinləri film izləmək üçün əsasən qonşu krallıq Bəhreynə səfər ediblər. Bildirilir ki, krallığın Media Komissiyasının lisenziya verdiyi kinoteatrlardan ilki 2018-ci ilin mart ayında açılacaq. 
2030-cu ilə kimi krallıq ərazisində 300-dən çox kinoteatr şəbəkəsinin fəaliyyət göstərəcəyi güman edilir. Filmlər krallığın “mənəvi dəyərlərini” pozmamaq üçün ciddi senzuraya məruz qalacaq. 
Xatırladaq ki, yaxın günlərdə Səudiyyə Ərəbistanda qadınlara da bir sıra hüquqlar verilib.

16.01.2018 15:40 / Baxılıb: 398 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo