Şamaxıda palçıq vulkanı püskürüb

Şamaxı rayonunda palçıq vulkanı püskürür.

Məlumata görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.

Kənd sakini Adəm Yusifov bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb: “Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü”.

Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 metr aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib. (apa)

16.01.2018 15:10 / Baxılıb: 441 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo