Türkiyə ABŞ üçün çox azaddır

Samir Soltanov/AZADİNFORM. “ABŞ-ın sözdə “Sərhəd Təhlükəsizlik Qüvvəsi” qurması ilə bağlı planları Suriyanı parçalamaq istiqamətində atılmış addımdır”. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun mütəxəssisi Sergey Balmasov bildirib. O qeyd edib ki, bu təhlükəli addım bölgədə qarşıdurmanı daha da alovlandıracaq: “ABŞ bu addımla Rusiya, İran və Türkiyəyə mesaj göndərir. ABŞ bu addımı atmaqla bildirmək istəyir ki, həmin ərazilər onun nəzarəti altındadır”.

Mütəxəssis qeyd edib ki, ABŞ bölgəyə nəzarət etmək və kürtləri hücumlardan qoruya bilmək üçün özünə şərait yaradır: “ABŞ kürtlərə təlim keçib gələcəkdə bir təşkilatın yaradılmasına köməkçi ola bilər. Nəzarət etdiyi bölgədə təbii qaz ehtiyatlarının və neftin olması belə bir quruluşun yaradılmasına maddi cəhətdə kömək ola bilər”.
Bundan başqa, məsələ ilə bağlı danışan Orta Şərq üzrə mütəxəssis Anatoliy Nesmiyan bildirib ki, Suriyadakı kürtlər bir çox ölkə üzərində təhlükə yaratmaq üçün əldə saxlanılır: “ABŞ kürtlərə dəstək verərək bölgədəki bütün ölkələr üçün problem yaradır. Bu siyasət öncəliklə İsrailin düşmən kimi gördüyü İrana yönəlib. Ancaq burda digər hədəf kimi Türkiyədə seçilib. Türkiyə NATO ölkəsi olmasına baxmayaraq ABŞ üçün “çox azaddır”. Bu da ABŞ-ı narahat edir. Bu səbəblə Ankaranı əldə saxlamaq üçün yeni yollar axtarır”. 

16.01.2018 13:50 / Baxılıb: 477 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo