Naxçıvanın müdafiəsində iştirak edən cəsur Əli bəy Əzimbəyov kim olub?

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir. 

Azadinform xəbər verir ki, bu günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya təlim iştirakçısı tərəfindən erməni daşnaklarının Naxçıvan və ətraf qəzalara hücumlarının qarşısının alınmasında fəal iştirak edən Əli bəy Əzimbəyovun həyatı və döyüş yolu haqqında “Azərbaycanca Vikipediya”da məqalə yaradılaraq oxucuların istifadəsinə verilib.


https://az.wikipedia.org/wiki/%C6%8Fli_b%C9%99y_%C6%8Fzimb%C9%99yov


Qeyd edək ki, Əli bəy Əzimbəyovun oğlu Aydın Əzimbəyov Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli ilk səfiri olub. Aydın Əzimbəyov iki qardaş ölkə arasında əlaqələrin inkişafında müstəsna rol oynayıb.

16.01.2018 11:28 / Baxılıb: 495 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2018
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo