Türkiyə və ABŞ SQ-nin Baş Qərargah rəisləri Suriyadakı son prosesləri müzakirə edəcək

Samir Soltanov/AZADİNFORM. Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Hulusi Akar bu gün ABŞ SQ-nin Baş Qərargah rəisi Josef Dunford ilə görüşə bilər. 

Azadinform xəbər verir ki, NATO-nun Hərbi Komitəsinin toplantısı üçün Brüsselə yollanan H. Akar səfər çərçivəsində bir neçə görüşlər keçirəcək. Ən vacib görüşün isə ABŞ ordusunun Baş Qərargah rəisi Josef Dunford ilə olması planlaşdırılır. Bildirilir ki, görüşdə Suriyada yaxın günlərdə baş verən proseslərin müzakirəsi nəzərdə tutulur. 

16.01.2018 11:20 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo