Ronaldo Real Madriddən gedir

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kristiano Ronaldo mövsümün sonunda komandasından ayrılacaq.

 İddia olunur ki, Ronaldo bəzi komanda yoldaşlarına mövsümün sonunda “evə” (Mançestr Yunayted” – red) dönəcəyini açıqlayıb. Futbolçunun gedişi maaşıın artırılmaması ilə əlaqələndirilir.

Qeyd edək ki, Ronaldo ilə klub prezidenti arasında münasibətlərin bir müddətdir normal olmadığı deyilir. Buna səbəb Ronaldonun illik məvacibinin artırılmamasıdır. Belə ki, ulduz futbolçu Madrid klubundan ilinə 21 milyon avro məvacib alır. Bu isə Messi (50 milyon avro) və Neymarın (36 milyon avro) məvacibidən azdır. (Azvision.az)

16.01.2018 11:15 / Baxılıb: 1255 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo