| |||||
Xarici ekspertlərin sülh danışıqlarından gözləntiləriLeyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu ayın sonuna planlaşdırılan görüşü Dağlıq Qarabağ sülh prosesində hər hansı bir irəliləyişin əldə edilməsi ilə nəticələnməyəcək. Azadinform-un məlumatına görə, həm Rusiya, həm də Qərbdən olan politoloqlar belə düşünür. Ermənistanın “168 jam” qəzetinə açıqlama verən amerikalı diplomat Pol Qobl bildirib ki, gələcəkdə danışıqlarda irəliləyiş olması üçün heç bir perspektiv görmür. Rusiyadan olan analitik Aleksandr Skakov qeyd edib ki, Rusiya və ABŞ hazırda münaqişənin tənzimlənməsi ilə aktiv şəkildə məşğul olmur. Britaniyalı ekspert Neil McFarlane isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nazirlər və ya prezidentlərin görüşü səviyyəsində həll edilə biləcək məsələ olduğunu düşünmür.
16.01.2018 11:08 / Baxılıb: 601 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |