Bakı- Şamaxı-Yevlax yolu buz bağladı

Bakı-Şamaxı-Yevlax avtomobil yolu buz bağlayıb.

Məlumata görə, gecə saatlarından etibarən yolun bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Yolun Abşeron rayonunun Qobustan kəndi, Cəngi qəsəbəsi, Qobustan rayonunun Mərəzə qəsəbəsi, Şamaxı rayonunun Acıdərə və Ağsu rayonunun Ağsu dolaylarından keçən hissələrində avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Yollara qum və buz qarışığının tökülməsinə başlanılıb.

Yolun Mərəzə qəsəbəsi ərazisindən keçən hissəsində olan sürücülər bildiriblər ki, hazırda bəzi avtomobillər hərəkəti davam etdirə bilmədiklərindən Qobustan rayonunun Nərimankənd ərazisində dayanmaq məcburiyyətində qalıblar. (trend)

16.01.2018 10:58 / Baxılıb: 408 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo