Mobil telefon və siqaretlər müsadirə edilib

Eşqin Nuruşov/AZADİNFORM. Gömrükçülər tərəfindən ölkəyə qanunsuz olaraq xeyli sayda mobil telefon və siqaret keçirilməsinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsində 1 ədəd "X-inova", 7 ədəd "H-Mobile", 41 ədəd "Nokia" markalı mobil telefonlar, 150 ədəd yükləyici aşkarlanıb. Daha sonra avtomobilin yük yerində isə sağ və sol yan tərəf örtüyünün altında 1800 ədəd "Marlboro" adlı aksiz markasız siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

16.01.2018 10:08 / Baxılıb: 289 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo