Deputatlar Bolqarıstana səfər ediblər

Eşqin Nuruşov/AZADİNFORM. Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.

Milli Məclisdən Azadinform-a verilən məlumata görə, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə ediblər.

Deputatlarımız Bolqarıstan Parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, səfər yanvarın 19-da başa çatacaq.

16.01.2018 09:28 / Baxılıb: 267 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo