Dünya şöhrətli müğənni öldü

Dünya şöhrətli müğənni, İrlandiyanın “The Cranberries” rok-qrupunun vokalisti Dolores O'Riordann Londonda dünyasını dəyişib.

Azadinform-un “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, sənətçi 46 yaşında vəfat edib.

O, Böyük Britaniyaya mahnı səsyazması üçün gedibmiş.

Qeyd edək ki, D. O'Riordann 1990-cı ildə “The Cranberries”in tərkibində çıxış edib. O, 2003-cü ildə solo karyeraya başlayıb. Müğənni həmçinin, D.A.R.K. qrupunun da üzvü olub.

Dolores O'Riordann 1994-cü ildə Don Burtonla ailə qurub, cütlüyün 4 övladı var. 

15.01.2018 23:48 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo