Miqrantları daşıyan qayıq qəzaya uğrayıb, ölənlər var

İspaniyanın Kanar adaları yaxınlığında miqrantları daşıyan qayıq qəzaya uğrayıb.

Azadinform-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 7 nəfər ölüb.

Məlumata görə, rezin qayıqda 27 nəfər olub. Onlardan 20-si xilas olub, 2 nəfərə tibbi yardım göstərilib. 

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

15.01.2018 22:46 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo