Futbolçunu vuran referi hakimlikdən uzaqlaşdırıldı

Fransa Futbol Federasiyası Liqa 1-in XX turu çərçivəsində keçirilən “Nant” - PSJ oyununda (0:1) futbolçunu vuran referi Toni Şapron müvəqqəti olaraq hakimlikdən uzaqlaşdırıb.

Azadinform xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. T.Şapronun XXI tur çərçivəsində keçiriləcək “Anje” – “Trua” görüşünə təyinatı ləğv edilib. Referi ilə bağlı yekun qərar araşdırmadan sonra veriləcək.

Qeyd edək ki, yanvarın 14-də baş tutan oyunun 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlos T.Şaprona toxunaraq onu yıxıb. Baş hakim isə oyunçunun ayağına zərbə vurub. Daha sonra yerdən qalxan ədalət təmsilçisi D.Karlosa ikinci sarı vərəqə göstərərək meydandan qovub. Həmçinin PSJ-nin lehinə cərimə zərbəsi təyin edib.

15.01.2018 22:05 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo