Ağdaşda gənc oğlan bıçaqlanıb

Axşam saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, 1963-cü il təvəllüdlü Kükəl kənd sakini Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində 1991-ci il təvəllüdlü həmkəndlisi Paşayev Vaqif Rafael oğlunu bıçaqlayıb.

Döş qəfəsindən bir bıçaq yarası alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirir.

Faktla bağlı araşdırma aparılır. (report)

15.01.2018 21:36 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo