Britaniya qırıcıları Rusiyanın hərbi təyyarələrini tutmaq üçün havaya qaldırılıb

Britaniya qırıcıları Krallığın hava məkanı yaxınlığında Rusiyanın strateji bombardmançı təyyarələrini “tutmaq” üçün havaya qalxıblar.

Azadinform “İnterfax”a istinadən xəbər verir ki, bu haqda Qərb dövlətlərinin aviasiya xdimətləri məlumat yayıb.

Şotlandiyadan şərqdə Rusiyanın “Tu-160” strateji bombardmançı təyyarəsinin radiodanışığı qeydə alınıb. Bundan sonra Belçikanın 2 “F-16” qırıcısı və Fransanın “C-135FR” Stratotanker” yanacaqdolduran-təyyarəsi havaya qaldırılıb.

Britaniya Hərbi Hava Qüvvələri komandanlığı Rusiya təyyarələrinin “tutulması” ilə bağlı əməliyyatın həyata keçirilməsi xəbərini təsdiqləyib.

15.01.2018 20:38 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.02.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo