Qətər əmiri Türkiyədə səfərdədir

Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə Ankarada səfərdədir.

Azadinform TRT-yə istinadən xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.  

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, bölgədəki vəziyyət müzakirə edilib.  

Məlumata görə, Qətər əmiri Ankarada 2,5 saat qalacaq.

Qeyd edək ki, şeyx Təmim bin Həməd Al Taniyə 2017-ci ilin sentyabrında Ankarada səfərdə olub. R.T.Ərdoğan isə Qətər əmiri ilə sonuncu dəfə 2017-ci ilin dekabrında görüşüb. Həmin vaxt Türkiyə prezidenti Qətərdə səfərdə olub.

15.01.2018 19:57 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo