AMEA Coğrafiya İnstitutu və Azərkosmos ASC arasında protokol imzalanıb

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında müasir texnologiyaların köməyi ilə ətraf mühit üçün müstəsna əhəmiyyətə malik təbii resurs olan meşələrin aerokosmik monitorinqi məqsədilə niyyət protokolu imzalanıb.

Bu barədə Azadinform-a Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Protokola əsasən, məsafədən müşahidə məlumatları əsasında mövcud meşə örtüyü hüdudlarının və sərhədlərinin dəqiqləşdirilməsi, meşə sahələri sıxlığının qiymətləndirilməsi, meşələri formalaşdıran əsas ağac növlərinin (fistıq, vələs və palıd) paylanılması xəritələrinin tərtib olunması, təbii və antropogen təsirlər səbəbindən dəyişikliklər baş verən sahələrin müəyyən olunması və monitorinqinin həyata keçirilməsi ictiqamətində işlər həyata keçiriləcək.

Protokolu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov imzalayıblar.

15.01.2018 19:28 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo