Vaşinqton metrosunda qatar relsdən çıxıb, bütün sərnişinlər təxliyyə edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində içərisində 60 sərnişin olan metro qatarı "qırmızı zolaq"dan kənara çıxıb.

Azadinform-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Şəhər Sərnişindaşıma İdarəsi "Twitter" səhifəsində bildirib.

Məlumata görə, qatar metronun "Farragut North" stansiyasında relsdən kənara çıxıb, hadisə nəticəsində xəsarət alan olmayıb, bütün sərnişinlər qatardan təxliyyə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

15.01.2018 19:16 / Baxılıb: 132 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo