Bir terror təşkilatı başqa terror təşkilatı ilə məhv edilə bilməz

Samir Soltanov/AZADİNFORM. “İndi ayağı bataqlığa batmış bəziləri Suriyadan bizi təhdid edir. Türkiyənin adını ləkələmək istəyirlər”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, PYD, YPG, İŞİD kimilərdən qorxumuz yoxdur: “Lap hamısı gəlsin üzərimizə. Fərq etməz. Onların təpəsinə minəcəyik. Bunun başqa çarəsi yoxdur. Hazırda top atəşi ilə zərbələr endiririk. Endirməyə də davam edəcəyik. Sizin bizi vurmağınızı gözləyən deyilik ki. Biz İŞİD adlanan terror təşkilatını başqa bir terror təşkilatı ilə vurmağınızı qəbul etmirik dedik. Strateji əməkdaşlıq baxımından ortağıqsaq bu işi bizimlə görməyə məcbursunuz. Bir terror təşkilatı başqa terror təşkilatı ilə məhv edilə bilməz. Bizim dediyimiz nöqtəyə gələcəklər. Biz qərarımızı verdik və hazırda da əməliyyatlar davam edir”.

15.01.2018 16:02 / Baxılıb: 444 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo