Piyadanı vurub qaçan sürücü saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü tutulub.

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən Azadinform-a verilən birgə məlumatda bildirilir ki, Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Sözügedən ərazidə naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı 99-LX-652 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mirzəyev Qənbər Əli oğlunu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə, rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin törədilməsində 1980-ci il təvəllüdlü Məmmədov Araz Qənimət oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

15.01.2018 12:45 / Baxılıb: 322 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo