| |||||
Ermənistan parlamenti qiymət artımı ilə bağlı dinləmə keçirəcəkLeyla Məhərrəmova / AZADİNFORM. Ermənistanda bəzi məhsulların qiymətinin qalxması ictimai narazılığa səbəb olub. Azadinform-un məlumatına görə, Ermənistan Milli Assambleyası qiymət artımı və ölkədə inflyasiyanın həddinin azaldılması yollarını müzakirə etmək üçün yanvarın 23-də dinləmələr keçirəcək. Qeyd edək ki, bu barədə parlamentin spikeri Ara Babloyab deyib. Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə görə, dizel, benzin və təbii qaz da daxil olmaqla bəzi məhsulların aksiz vergisi artırılıb. Buna görə də həmin məhsulların qiymətində artım olub.
15.01.2018 12:10 / Baxılıb: 447 /
Bu bölmədə ![]() ![]() ![]() |
![]() 20.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |