Millimiz Kosovo ilə yoldaşlıq oyunu keçirəcək

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının yoldaşlıq görüşü keçirməsi üçün yeni rəqib tapılıb.

Azadinform-un məlumatına görə, bu, Kosovo yığma komandasıdır.

Görüşlə bağlı AFFA və Kosovo Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Görüş fevralın 2-də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Antalyada Moldova ilə üz-üzə gələcək. Fevralın 2-də isə Gürcüstanla oyun nəzərdə tutulmuşdu. Lakin sonradan qonşu ölkənin xahişi ilə bu görüşün başqa vaxta təxirə salınması qərara alınıb.

14.01.2018 17:48 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo