Bərdədə fərdi yaşayış evi yanıb

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Qaradəmirçi kəndində Çingiz Quliyevə məxsus birmərtəbəli fərdi yaşayış evinin mətbəxində başlayan yanğın, qısa zamanda genişlənərək digər iki otağa da keçib.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.

Yanğın zamanı alovu söndürməyə cəhd edən ev sahibinin oğlu Ceyhun Quliyev əlindən yanıq xəsarəti alıb. Çingiz Quliyev isə tüstüdən zəhərlənib. Hər iki şəxs təcili tibbi yardıma müraciət edib.

Yanğının baş vermə səbəbləri araşdırılır. (report)

14.01.2018 17:37 / Baxılıb: 317 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo