İranda aksiyalar zamanı 25 nəfərin öldüyü açıqlanıb

İran məhkəmə hakimiyyəti son aksiyalarda ölən və yaralananların sayını açıqlayıb.

Azadinform-un məlumatına görə, "Press TV" telekanalı aksiyalar zamanı 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığının açıqlandığı barədə məlumat yayıb.

Bundan əvvəl aksiyalar zamanı 20 nəfərin öldüyü, 450 nəfərin saxlanıldığı açıqlanmışdı. 

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.  İran hakimiyyəti yanvarın 3-də aksiyaların başa çatdığını bəyan edib.

14.01.2018 17:26 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo