Xızıda partlamamış hərbi sursat aşkarlanıb

ANAMA-dan Azadinform-a verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA və Fövqəladə Hallar Nazirliyi (FHN) birgə təmizləmə əməliyyatı keçirib.

Partlayış baş vermiş hərbi hissənin ətrafına baxış zamanı 172 ədəd partlamamış hərbi sursat (PHS), 172 ədəd partlamış-yanmış mərmi qalıqları və 884 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 305 000 kv.m (30.50 ha) ərazi yoxlanılıb.

14.01.2018 17:13 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo