Tailanda çinli turistləri daşıyan qayıqda partlayış olub

Tailandın cənubundakı Phiphi adası yaxınlığında 27 çinli turistin və 5 yerli sakinin olduğu sürətli qayıqda baş verən partlayışda bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Azadinform “China Daily” qəzetinə istinadla xəbər verir ki, yerli vaxtla 13:00 radələrində baş verən hadisədə ölən şəxs heyət üzvüdür.

Bildirilir ki, partlayışa yanacaq sızması səbəb olub. Belə ki, kapitan mühərriki yoxlamağa gedərkən partlayış baş verib, ardınca alov başlayıb. Sərnişinlər və heyət üzvü suya tullanaraq, xilasedici vasitələrdən istifadə etməklə suyun üzündə qalmağa çalışıblar. Köməyə gələn gəmilər heyət üzvlərini və çinli turistləri xilas ediblər.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hazırda axtarış-xilasetmə işləri aparılır.

14.01.2018 17:01 / Baxılıb: 166 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo