Türkiyənin Suriyanın hansı bölgəsində əməliyyat aparacağı açıqlanıb

Türkiyə ordusu yaxın günlərdə Suriyanın Afrin bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edilməsi əməliyyatına başlayacaq.

Azadinform-un məlumatına görə, bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Tokat rayonunda AKP-nin rayon təşkilatının konfransında bəyan edib. 

R. T. Ərdoğan deyib ki, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər müttəfiqlərdən özlərini müttəfiq kimi aparmasını gözləyir: "Biz bölgədə ABŞ-la birlikdə hərəkət edə biləcəyimizi düşünürük. Biz onlardan Türkiyənin qanuni səylərinə dəstək verməyi gözləyirik. Afrin əməliyyatı zamanı onların bölgədəki hərbi qüvvələrinin terrorçularla eyni sırada yer almayacağına ümid edirik. Afrin əməliyyatının da "Fərat qalxanı" əməliyyatı kimi zəfərlə yekunlaşacağına inanıram".  

14.01.2018 16:47 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo