İranda baş verən ixtişaşların araşdırılması maraqlı faktları üzə çıxarıb

Dekabrın son günlərində İranın bir neçə şəhərində baş verən ixtişaşların araşdırılması davam edir.

İxtişaşların davam etdiyi müddətdə “facebook”, “twitter” və başqa bənzər sosial şəbəkələrdə yayılan və tez bir zamanda paylaşılan video və fotolar maraq doğurduğu üçün araşdırılıb. Araşdırma zamanı olduqca maraqla faktlar ortaya çıxıb ki, bu çox düşündürücüdür və ixtişaşların hazırlandığını deməyə əsas verir.

Yerli və xarici istifadəçilərin paylaşdıqları fotolaradan birinin altında “İranın cəsur qızı” yazılıb. Guya iranlı qadın kütləvi aksiyanı dağıtmağa çalışan polisdən qorxmayaraq onun üzərinə hücuma keçir. Sosial şəbəkələrdə bu cür fotoların paylaşılması ilə gənclərə nümunə göstərilir ki, “qadın polisdən qorxmur, sizdə qorxmayın, polisin üzərinə gedin və istəyinizə nail olun”. Sosial şəbəkələrdə bu qaydada istifadə bu və ya digər ölkədə sabitliyi pozmaqdan başqa bir şey deyil.

Paylaşılan fotonun araşdırılması zamanı məlum olub ki, bu foto İran istehsalı olan “Qızıl boyunbağı” filmindən bir kadrdır. Bu kadr foto kimi çıxarılıb və təxribat məqsədilə sosial şəbəkələrdə yayılıb.

“İranda polisdə acdır xalq da” başlığı ilə sosial şəbəkələrdə yayılan başqa bir videoda göstərilir ki, guya polis aksiyanı dağıdarkən fürsətdən istifadə edərək mağazadan oğurluq edir. Bu video ciddi şəkildə təhlil edilib. Müəyyən edilib ki, polisin geydiyi paltarın arxasında “policia” sözləri yazılıb. İran polisinin uniformasında belə sözlər yazılmır. Müəyyən edilib ki, bu hadisə Meksikada baş verib. Mexiko şəhərində aksiyaçıları dağıtmağa çalışan bir polis əməkdaşı mağazadan mobil telefon oğurlayarkən müşahidə kamerasına düşüb.

İrana qarşı yalan təbliğat aparan saytlardan biri isə Misirdə baş verən ixtişaşlar zamanı bir qadının öldürülərək qanına bulaşmasının fotosunu yayımlayıb. Halbuki bunun da İranda baş verənlərə heç bir dəxli yoxdur.

Göründüyü kimi müasir dövrdə internetin və yeni texnologiyaların inkişafı siyasi manipulyasiyalara da geniş imkanlar yaradır. Bu gün müstəqil siyasət yürüdərək milli maraqlarını qorumağa çalışan dövlətlər bu kimi hallarla qarşılaşa bilər. (azərtac)

14.01.2018 16:20 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo