Barselona Avropada 5G rabitə şəbəkəsinə keçən ilk şəhər olacaq

Barselona şəhərinin rəhbərliyi 5-ci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında maraqlıdır.

Azadinform xəbər verir ki, yaxın aylarda Avropa Komissiyası qitənin bir neçə şəhəri tərəfindən verilən təklifləri araşdıracaq. Barselona meriyasının iqtisadi məsələlər üzrə departament rəhbəri Xerardo Pisareo hesab edir ki, bu şəhər bütün Cənubi Avropanın texnologiya mərkəzi ola biləcək gücdədir.

Barselonanın hər il Ümumdünya Mobil Texnologiyalar Konqresinə ev sahibliyi etməsi 5G texnologiyasının məhz bu şəhərdə ilk test olunmasına şərait yaradır. Konqresin direktoru Karlos Qrau da bu ideyanı dəstəkləyir.

14.01.2018 14:17 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo